Babək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Ekoloji hüquq pozuntuları" mövzusunda maarifləndirici tədbir keçirib.
Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Babək şəhəri 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Gülçin İsgəndərova "Ekoloji hüquq pozuntuları və onların nəticələri" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.