Babək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Konstitusiya və Suverenlik ili "çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan” mövzusunda görüş keçirib.
Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Babək rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə məktəbin direktoru da iştirak edib.
Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Gülçin İsgəndərova "Azərbaycanın Müstəqillik tarixində Heydər Əliyevin misilsiz rolu" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.