Babək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirib.

Babək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirib.

Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Babək rayon prokurorluğunun müstəntiqi, IlI dərəcəli hüquqşünas Gülçin İsgəndərova "Narkomaniyanın zərərləri və məsuliyyət məsələləri"
mövzusunda çıxış edib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.