

Babək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaq hüquqlarının qorunması və müdafiəsinin hüquqi təminatları” mövzusunda maarifləndirici tədbir keçirib.
Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq, Babək rayon 2 nömrəli tam orta məktəbində şagirdlərin hüquqi maarifləndirilməsi məqsədilə və Uşaq hüquqları ayına uyğun olaraq tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Babək rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Gülçin İsgəndərova “Uşaq hüquqlarının qorunması və müdafiəsinin hüquqi təminatları” mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.