Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Hərbi vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçiriblər.
Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Şəkərabad kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri də iştirak edib.
Babək rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Camal Sadiqov “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda, rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Nəriman Vəliyev isə “Vətənin müdafiəsi hər birimizin müqəddəs borcudur” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib.