Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusion hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusion hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçiriblər.
Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Vəli Mahmudov adına Babək şəhəri 1 nömrəli tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Babək rayon rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Nəriman Vəliyev və rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Gülçin İsgəndərova "Dövlətin Suverenliyi və Qanunun Aliliyi: Əsas prinsiplərimiz ” mövzusunda çıxış ediblər.                  Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.İnsan ləyaqəti qorunmalı və ona hörmət edilməlidir. Hər bir şəxs öz hüquqlarını bilməlidir bu səbəbdən maarifləndirmənin mühüm rolu vardır.
Sonda verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.