Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniya və fəsadları” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniya və fəsadları” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Vəli Mahmudov adına Babək şəhər 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, psixoloqu və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri iştirak edib.

Babək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Nəriman Vəliyev “Narkomaniya müasir dövrün qlobal problemidir” başlıqlı mövzu ilə, rayon prokurorluğunun stajor müstəntiqi Gülçin İsgəndərova isə “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib