Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Babək rayon Xalxal kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri iştirak edib.

Babək rayon prokurorunun müavini, I dərəcəli hüquqşünas Nəriman Mustafayev “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır” başlıqlı mövzu ilə, rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas Murtuz Babasoy isə “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” mövzusunda çıxış edib