Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçiriblər.
Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Naxışnərgiz kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Babək rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas Murtuz Babasoy “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda, rayon prokurorluğunun müstəntiqi Gülçin İsgəndərova isə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.