Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçiriblər.
Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Zeynəddin kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Babək rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas Murtuz Babasoy "Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti” mövzusunda, rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Gülçin İsgəndərova isə “Yetkinlik yaşına çatmayanların cinayət əməllərində iştirakına təsir edən sosial amillər” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib.