Baş Prokurorluğun rəhbərliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət edib

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun rəhbər heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət edib.

Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.