Baş Prokurorluğun Silahlı Qüvvələrin komplektləşdirilməsi zamanı müddətli həqiqi hərbi xidmət və səfərbərlik üzrə çağırışla bağlı məsələlərin tənzimlənməsində xidməti fəaliyyətin təkmilləşdirilməsi

Culfa rayonunda Baş Prokurorluğun Silahlı Qüvvələrin komplektləşdirilməsi zamanı müddətli həqiqi hərbi xidmət və səfərbərlik üzrə çağırışla bağlı məsələlərin tənzimlənməsində xidməti fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi, cinayət, cinayət -prosessual, inzibati və digər aidiyyəti qanunların tələblərinin qüsursuz icrasının təmini məqsədilə digər təşkilatlarla imzalanmış birgə əmrinin müzakirəsi keçirilib.

Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 05.09.2023-cü il tarixli 130-09/31 nömrəli birgə əmrinin müzakirəsi keçirilib.

Əmrin müzakirəsində Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli, rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrini icra edən, III dərəcəli hüquqşünas Tural Tarverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsinin əməkdaşı, rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin, rayon Qeydiyyat şöbəsinin əməkdaşları və rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkimləri iştirak ediblər.

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri

 Səttar Əsgərov