
Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru Yanne Holst-Hübner ölkəmizdə işgüzar səfərdədir.
Səfər çərçivəsində İcraçı Direktor Yanne Holst-Hübner Naxçıvan şəhərində olub Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayevlə görüşüb, Heydər Əliyev muzeyini ziyarət edib, ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olub. Qonaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti ilə tanış olaraq gənc prokurorluq əməkdaşları ilə görüş keçirib.
Yanne Holst-Hübnerin ölkəmizə işgüzar səfəri başa çatıb.