Cinayət işləri üzrə təhqiqatın aparılması halları

Təhqiqat ibtidai araşdırmanın növü kimi aşağıdakı şəkildə aparılır:

ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı;

böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat.

Cinayət işləri üzrə təhqiqatı aşağıdakı təhqiqat orqanları və şəxslər aparırlar:

təhqiqat orqanlarının təhqiqatçıları-müvafiq icra hakimiyyəti orqanları müstəntiqlərinin səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə;

rəhbərlik etdikləri hərbi hissələrin, hərbi idarələrin (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla), cəzaçəkmə müəssisələrinin, həbs yerlərinin, dəniz gəmilərinin yerləşdiyi ərazidə (ərazi üzrə) törədilmiş cinayətlərə dair cinayət işləri üzrə-müvafiq olaraq təhqiqatçı səlahiyyətlərini həyata keçirən hərbi hissə komandirləri, hərbi idarə rəisləri, cəzaçəkmə müəssisələrinin və ya həbs yerlərinin rəisləri, dəniz gəmilərinin kapitanları və digər müvəkkil edilmiş şəxslər; əks-kəşfiyyat fəaliyyətinin təminatını, həyata keçirilən hərbi hissələrdə, hərbi idarələrdə təhlükəsizlik orqanlarının sәlahiyyәtlәrinә aid olan işlər üzrə təhqiqatçıları.

müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə — müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları. 

Təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə aparılır.

Təhqiqatçı-cinayət işini başlayır və bu barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir;

-şübhəli şəxsi tutur və təxirəsalınmaz istintaq hərəkətlərini aparır; 

-cinayət işinin başlanmasından sonra 10gündən gec olmayaraq sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına göndərir;

-cinayət işinin başlanmasından 10 gün keçdikdən sonra müstəntiq və ya ibtidai araşdırmanı həyata keçirən prokurorun tapşırığı ilə ayrı-ayrı istintaq hərəkətlərini aparır və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirir;

-cinayət işinin başlanmasından 10 gün keçdikdən sonra cinayət açılmamış qalarsa, cinayəti törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görür.