

Culfa rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Kibercinayətlər” mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru və gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri iştirak edib.
Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Kiber cinayətlər-Rəqəmsal dünyanın görünməyən təhlükəsi” mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.