Culfa rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Məişət zorakılığı ” mövzusunda maarifləndirici tədbir keçirib.

Culfa rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Məişət zorakılığı ” mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa rayon Prokurorluğunun və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə ‘Məişət zorakılığı və yetkinlik yaşına çatmayanların ailə münasibətləri əleyhinə olan hüquqpozmalar’ mövzusunda tədbir keçirilib.Tədbirdə Culfa rayon Gənclər və idman idarəsinin rəisi, məktəbin direktoru, hərbi rəhbəri, psixoloqu və müəllimləri iştirak ediblər.
Tədbirdə rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Ailədə uşaqların hüquqları” başlıqlı mövzu ilə çıxış etmiş, rayon Gənclər və idman idarəsinin rəisi İsmayıl İmanov isə şagirdlərə mülki-mənəvi dəyərlər və vətənpərvərlik barədə, habelə sosial şəbəkələrdən təhlükəsiz istifadə və zərərli informasiyalardan qorunmanın yolları barədə məlumat verib.
Sonda şagirdlər tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb.