Culfa rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Bənəniyar kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib.Tədbirdə məktəbin direktoru iştirak edib.
Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “14 yaşına çatmış şəxslərin cinayət məsuliyyəti” mövzusunda çıxış edib.
Sonda şagirdlər tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb.