

Culfa rayon prokurorluğunun əməkdaşları İnzibati xətalar haqqında işlərə baxılması ilə bağlı tədbir keçiriblər.
Culfa rayon Prokurorluğunun təşkilatçılığı ilə Culfa rayon İcra Hakimiyyətinin inzibati binasında, rayon ərazisində inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Culfa rayon İcra Hakimiyyətinin hüquqşünası, rayon Polis Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsinin, 4 saylı ərazi Vergilər İdarəsinin, rayon Qeydiyyat şöbəsinin, rayon Meliorasiya və Su təsərrüfatı idarəsinin, rayon Elektrik şəbəkəsinin və rayon Qaz istismar idarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “İnzibati xəta haqqında işlərə baxmağa səlahiyyətli olan orqanların səlahiyyətləri” başlıqlı mövzu ilə,rayon prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev “Yetkinlik yaşına çatmayanların inzibati məsuliyyəti və onlarla profilaktiki işin təşkili” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı ortaya çıxan suallar cavablandırılıb.