Culfa Rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Ekoloji hüquq pozuntuları” mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə Əbrəqunus kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru və psixoloqu iştirak edib.
Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli və rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev
“Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur”mövzusunda çıxışlar ediblər.
Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.