Culfa rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusion hüquqlarımız" mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Əlincə kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və müəllimləri iştirak edib.
Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli və rayon Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev “Xalqın suverenliyi — Dövlətin suverenliyi" mövzusunda çıxış ediblər.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.İnsan ləyaqəti qorunmalı və ona hörmət edilməlidir. Hər bir şəxs öz hüquqlarını bilməlidir bu səbəbdən maarifləndirmənin mühüm rolu vardır.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.