Culfa rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusiya və Suverenlik ili” mövzusunda maarifləndirici tədbir keçirib.

Culfa rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusiya və Suverenlik ili” mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Ərəfsə kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və psixoloqu iştirak edib. Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Gənclərin Konstitusiya qarşısında məsuliyyəti” mövzusunda, rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Tural Tarverdiyev “Suveren dövlətin vətəndaşı olmaq qüruru” mövzusunda çıxış edib. Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.