

Culfa rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusiya və Suverenlik ili” mövzusunda maarifləndirici tədbir keçiriblər.
Culfa rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Dizə kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirliməsi məqsədilə tədbir keçirilib.Tədbirdə məktəbin direktoru və digər məsul şəxslər iştirak edib.
Tədbirdə Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Suveren dövlətin hüquqi əsası: Azərbaycan Konstitusiyası” mövzusunda, rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Tural Tarverdiyev isə “Ali qanunda əksini tapan hüquqlarımız” mövzusunda çıxış edib.
Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.