Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçiriblər.

Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, psixoloqu və Culfa rayon Təhsil şöbəsinin əməkdaşı iştirak edib.
Tədbirdə Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Uşaq hüquqlarının qorunması diqqət mərkəzindədir” başlıqlı mövzu ilə , Culfa rayon prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev “Erkən nikah problemində hüquq-mühafizə orqanlarının və məktəblərin rolu” başlıqlı mövzu ilə çıxış ediblər. 
    Sonda şagirdlər tərəfindən verilən suallar  ətraflı cavablandırılıb.