Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniya əsrimizin bəlasıdır" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniya əsrimizin bəlasıdır" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndrilməsi məqsədi ilə tədbir keçirilib. Tədbirdə məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri və rayon Prokurorluğunda təcrübə keçən tələbələr iştirak ediblər.
Tədbirdə Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Gələcəyimizi birlikdə düşünək narkomaniyaya yox deyək” başlıqlı mövzu ilə , rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev isə “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda çıxış ediblər.
Sonda şagirdlər tərəfindən verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.