

Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.
Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə “Təmiz gələcək – #YoxDe” adlı proqramların təşkili nəzərdə tutulmuşdur.
Culfa rayon Prokurorluğunun təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və məktəbin psixoloqu iştirak edib.
Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli və rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru Məhəmməd Əliyev “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinin icrası məqsədilə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək – #YoxDe” proqramı çərçivəsində çıxış edib.
Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.