Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Ətraf mühitin mühafizəsi" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Ətraf mühitin mühafizəsi" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Bənəniyar kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndrilməsi məqsədi ilə Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Tədbirdə Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Ətraf mühitin mühafizəsi daim diqqət mərkəzindədir” başlıqlı mövzu ilə, rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev “Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur” başlıqlı mövzu ilə çıxış ediblər.
Sonda şagirdlər tərəfindən verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.