Culfa Rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda maarifləndirici tədbir keçirib.

Culfa Rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda maarifləndirici tədbir keçirib.

Culfa rayon Prokurorluğunun təşkilatçılığı ilə Saltaq kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və psixoloqu iştirak edib.

Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Heydər Əliyev İrsində Gənclər və Təhsil”mövzusunda çıxış edib. Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.