

Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Xanəgah kənd tam orta məktəbində, məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və müəllimi iştirak edib. Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli və rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev “Ali Qanun—Konstitusiyamız”mövzusunda çıxışlar ediblər. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edib,Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edilib bu irsi gələcəyin gənclərinə aşılamaq hər bir kəsin borcudur. Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.