Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Yaycı kənd 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə rayon Gənclər və idman idarəsinin rəisi, məktəbin direktoru və müəllimi iştirak edib.
Tədbirdə Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “ Vətənin müdafiəsi hər birimizin müqəddəs borcudur” başlıqlı mövzu ilə, rayon prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev ”Vətənpərvərlik milli dəyər kimi” başlıqlı mövzu ilə və rayon Gənclər və idman idarəsinin rəisi İsmayıl İmanov isə şagirdlərə mülki-mənəvi dəyərlər və vətənpərvərlik barədə, habelə sosial şəbəkələrdən təhlükəsiz istifadə və zərərli informasiyalardan qorunmanın yolları barədə məlumat veriblər.
Sonda şagirdlər tərəfindən verilən suallar ətraflı cavablandırılıb.