Culfa Rayon Prokurorluğunun əməkdaşları məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçiriblər.
Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon Prokurorluğunun təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə, məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru da iştirak edib.
Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli “Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur” mövzusunda, rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Tural Tarverdiyev isə “Prokurorluğun ekoloji funksiyaları” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.