Culfa rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq avqustun 30-da Culfa rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Culfa rayon prokurorluğunun əməkdaşları, hüquq - mühafizə orqanları və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Culfa rayon prokuroru Afət Kərimli Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Ulu öndər Heydər Əliyev -hüquqi dövlətin banisidir” mövzusunda çıxış edib.

Tədbirdə Culfa rayon İcra Hakimiyyəti Başçısının müavini Sara Hüseynova "Heydər Əliyev və Azərbaycan" mövzusunda və Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri Qadir İbrahimov "Yolumuz Heydər Əliyev yoludur" mövzusunda çıxış ediblər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifi olduğu "Heydər Əliyev Salnaməsi- Qanun naminə" adlı film nümayiş etdirilib.