Heydər Əliyev və Azərbaycanda qanunun aliliyi

Azərbaycan müstəqillik illərində çətin, şərəfli bir yol keçmişdir. Bu illər ərzində müasir tariximizə şanlı, qürurverici səhifələr yazılıb. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət qurulub, Azərbaycan nəinki regionda, həm də dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilib.

Müstəqilliyimizin bəhrələrini düşünəndə ilk növbədə xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasi və dövlət xadimi, dahi şəxsiyyət, müdrik rəhbər Heydər Əliyevin əzəmətli obrazı göz önündə canlanır. Bizə ərməğan etdiyi müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Məhz buna görə ulu öndər milyonlarla insanın qəlbində əbədiyaşarlıq qazanmışdır. Xalqımız öz taleyində misilsiz rol oynamış ümummilli liderin xatirəsini daim əziz tutur. Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı Sərəncamda ümummilli liderin Vətən və xalq qarşısında tarixi xidmətlərinə bir daha nəzər salınmış, 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Proqram xarakterli tarixi Sərəncamda deyilir: "Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.

Dövlət quruculuğu prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq, hər bir strukturun fəaliyyətinə böyük diqqət göstərən ümummilli liderin mil­li prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. O, prokurorluq orqanlarının işinin təmin edilməsi, fəa­liyyətinin təkmilləşdirilməsi, əməkdaş­larının sosial vəziyyətinin yaxşılaşdırıl­ması məsələlərinə həmişə xüsusi qayğı göstərmişdir. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqları­na, qanunun aliliyinin və insan və vətən­daş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsin­də mümkün olmuşdur. Müstəqil respub­likamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyən­ləşdirilməsi, məhkəmə hakimiyyəti siste­minə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, sə­lahiyyət dairəsi və vəzifələrinin qanunve­ricilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlə­rinin yerinə yetirilməsi nəticəsində müm­kün olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əli­yevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edil­məsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qay­ğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyə­sində təzahürüdür. 

Ümummilli lider Heydər Əliyev 26 ap­rel 2000-ci ildə respublika prokurorluğu­nun rəhbər işçiləri ilə keçirdiyi müşavirədə prokurorluq orqanlarında yaranmış qey­ri-sağlam mühiti, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneəyə çevrilən qanunsuz yox­lamaların keçirilməsi kimi neqativ halları kəskin tənqid etmiş və bu problemlərin aradan qaldırılması üçün qısa müddətdə ən sərt tədbirlərin görülməsini prokuror­luğun yeni rəhbərliyinin qarşısında məsul vəzifə kimi müəyyənləşdirmişdir. Pro­kurorluq işçiləri üçün taleyüklü əhəmiyyət daşıyan bu müşavirədən sonra Azərbay­can Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı müba­rizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması onun fəaliy­yətinin əsas istiqaməti olmuşdur. 

Ulu öndərin diqqət və qayğısı sayəsində Azərbaycan prokurorluğu cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından biri olan mühüm təsisata çevrilmişdir. Məhz buna görə də tam əminliklə demək olar ki, bu gün respublika prokurorluğu öz tarixinin ən möhtəşəm inkişaf dövrünü yaşayır və burada Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın və dövlətin maraqlarının daha effektiv təmin edilməsinə çalışan, fəaliyyətlərində müasir həyatın tələblərinə cavab verən, müasir texnologiyalara əsaslanan innovativ iş metodlarını bacarıqla həyata keçirən insanlar çalışır.

Bu gün hər bir azərbaycanlının milli qürur və iftixar mənbəyi olan Heydər Əliyevin ruhu da şaddır. Çünki memarı və qurucusu olduğu Azərbaycan bütün sahələrdə regionun lider dövlətidir. Ona görə ki, "Şərqdə günəş kimi doğan" Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yüz illər keçəcək, lakin bütün dünyada Azərbaycanın rəmzi kimi tanınan Heydər Əliyevin adı həmişə uca tutulacaq, xatirəsi böyük məhəbbət və ehtiramla yad ediləcəkdir.

 

Şərur rayon prokuroru

kiçik ədliyyə müşaviri                                                Xalid Ağayev