İyunun 24-də Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilib Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

  •  
    Məlumat verilib ki, binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb. 

    Bildirilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub. 

    Sonda xatirə fotoşəkli çəkilib.