Kəngərli rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib

Kəngərli rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Kəngərli Rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kəngərli rayon İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələrdən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Həcər Ələsgərova mövzu ilə bağlı çıxış edərək - Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə olduğunu, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli olmadığını,davamlı siyasət olduğunu bildiriblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.