Kəngərli rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Konstitusion hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Konstitusion hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Şahtaxtı kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini də iştirak edib.
Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov “Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunudur" mövzusunda çıxış edib.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.İnsan ləyaqəti qorunmalı və ona hörmət edilməlidir. Hər bir şəxs öz hüquqlarını bilməlidir bu səbəbdən maarifləndirmənin mühüm rolu vardır.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.