

Kəngərli rayon pokurorluğunun əməkdaşı məktəblilərlə “Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.
Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə “Təmiz gələcək – #YoxDe” adlı proqramların təşkili nəzərdə tutulmuşdur. Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Kəngərli rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Şahmar Həşimov “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinin icrası məqsədilə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək – #YoxDe” proqramı çərçivəsində " çıxış edib . Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.