Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Bəşəriyyəti uçuruma aparan bəla” mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Bəşəriyyəti uçuruma aparan bəla ” mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Çalxanqala kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini və  gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri iştirak edib.

Tədbirdə Kəngərli rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Səbuhi Abdullayev “Narkomaniya-Bəşəriyyəti uçuruma aparan bəla ” başlıqlı mövzu ilə çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.