Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Ekoloji hüquq pozuntuları” mövzusunda maarifləndirici tədbir keçirib.
Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Kəngərli rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Səbuhi Abdullayev " Ətraf mühitin qorunması və ekoloji hüquqi məsuliyyət" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.