Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Hərbi vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirib.
Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qabıllı kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və psixoloqu iştirak edib.
Tədbirdə Kəngərli rayon rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Səbuhi Abdullayev "Vətən qarşısında mənəvi borcumuz" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.