Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirib.
Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Kəngərli rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Səbuhi Abdullayev " Narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur" mövzusunda məktəbin şagirdləri qarşısında çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.