Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.

Tədbirdə Kəngərli rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Səbuhi Abdullayev “Ekologiya və ətraf mühitin mühafizəsi” başlıqlı mövzu ilə çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.