Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda maarifləndirici görüş keçirib.
Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Yurdçu kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə məktəbin direktoru iştirak edib.
Görüşdə Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov " Azərbaycan Respublikasının Memarı və qurucusu" mövzusunda çıxış edib.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edib,Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edilib bu irsi gələcəyin gənclərinə aşılamaq hər bir kəsin borcudur.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.