Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaq hüquqlarının qorunması" mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaq hüquqlarının qorunması" mövzusunda maarifləndirici tədbir keçirib.
Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Şahtaxtı kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri və psixoloqu iştirak edib.

Tədbirdə Kəngərli rayon prokurorluğunun müstəntiqi, l dərəcəli hüquqşünas Səbuhi Abdullayev "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.