

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Uşaqların hüquq və vəzifələri" mövzusunda maarifləndirici tədbir keçirib.
Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə və Uşaq hüquqları aylığına uyğun olaraq tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Kəngərli rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Səbuhi Abdullayev " Uşaqların hüquq və vəzifələri " mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.