Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya yaşıl təfəkkürdən başlayır" mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya yaşıl təfəkkürdən başlayır" mövzusunda maarifləndirici tədbir keçirib.

Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qıvraq qəsəbə tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak edib.

Tədbirdə Kəngərli rayon rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov "Yaşıllıqları qorumaq hər bir kəsin borcudur" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.