Kəngərli rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Kəngərli rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri və psixoloqu iştirak edib.
Tədbirdə çıxış edən Kəngərli rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Səbuhi Abdullayev “Vətənpərvərlik insanın daxili zənginliyidir” başlıqlı mövzu ilə,rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov isə “Vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.