Məktəblilərlə "Uşaqlar və cəmiyyət" mövzusunda maarifləndirici tədbir keçirilib.

Məktəblilərlə "Uşaqlar və cəmiyyət" mövzusunda maarifləndirici tədbir keçirilib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayonun Vənənd kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin psixoloqu iştirak edib.

Tədbirdə Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli "Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmalar və onların profilaktikası" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.