Naxçıvan Dövlət Universitetində "Süni intellekt" mövzusunda mühazirə təşkil olunub.

Naxçıvan Dövlət Universitetində "Süni intellekt" mövzusunda mühazirə təşkil olunub.

Naxçıvan şəhər Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə NDU-nun Hüquq fakültəsinin tələbələri üçün "Süni intellekt - cinayətin subyekti" mövzusunda mühazirə təşkil olunub.
Naxçıvan şəhər prokurorunun müavini ədliyyə müşaviri Anar Həsənov mövzu ilə bağlı mühazirəsində - Elm dünyasının məqsədlərindən biri insan kimi düşünən, qərar verən və hətta insanlardan daha ağıllı olan süni intellekt istehsal etmək olduğunu, insanların asudə vaxtını, istehsal və digər fəaliyyət sahələrində məhsuldarlığı artırmaq və bu kimi üstünlükləri ilə həyatımızın “asanlaşdırılmasına” xidmət edən bu sistemlərin bir çox hallarda təcrübədə hüquq və azadlıqların pozulmasına da səbəb olduğunu və Süni intellektin hüquqi məsuliyyəti məsələsinə hipotetik yanaşaraq əgər süni intellekt müstəqil qərar vermək imkanına malikdirsə və bundan irəli gələrək səhv qərar vermək riski də varsa o zaman öz qərarının nəticələri üçün hesabat vermək qabiliyyəti və məsuliyyəti olmalıdır. Fikrini irəli sürənlərlə yanaşı, süni intellektin nə qədər özünü doğruldacağı və hara qədər təkmilləşdirilə biəcəyi bəlli olmadığı üçün bu barədə düşünməyin hələ tez oduğunu irəli sürərək onun hüquqi məsuliyyət mexanizminin necə tənzimlənəcəyinə skeptik yanaşan mövqelərin olduğunu, lakin təkzibolunmaz reallıq süni intellektin hüquq pozuntusu törədə biləcəyinin mümkün olduğunu bildirmişdir.

Sonda mövzu ilə bağlı ortaya çıxan suallar ətraflı müzakirə olunub.