Naxçıvan Dövlət Universitetinin Texniki Kollecində “Narkomaniyaya qarşı mübarizə'' mövzusunda tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetinin Texniki Kollecində “Narkomaniyaya qarşı mübarizə'' mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Texniki Kollecində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Texniki Kollecinin direktoru Asəf Ruşanov giriş sözü ilə mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin və Narkologiya şöbəsinin müdiri, həkim - narkoloq Azad Şükürlü mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.