Naxçıvan Müəllimlər İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Xayal Camalov çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.